Avropada qazın qiyməti kəskin bahalaşdı

11:20 06-10-2021 459

Oktyabrın 6-də keçirilən beynəlxalq ticarət aksiyaları zamanı Avropada qazın qiyməti tarixi rekordu yeniləyib.

Belə ki, 1 000 kubmetr mavi yanacağın qiyməti 1 500 ABŞ dolları olub. Bunu ICE birjasının məlumatları sübut edir. Sonrakı dəqiqələrdə qazın min kubmetrinin qiyməti 1 600 ABŞ dollarını da keçib.

Niderlandın TTF birjasında noyabr fyuçersləri üçün qazın 1 000 kubmetrinin dəyəri 1 559 ABŞ dolları olub. Bu səhər mavi yanacağın qiyməti 1606 dollara qədər qalxıb.

Mənbə: TASS