Avtoxuliqanlıq edən sürücü qəza törədərək hadisə yerindən qaçıb - FOTO/VİDEO

05:18 20-08-2019 755

Yasamal rayonunda 2 minik avtomobili toqquşub.

Yasamal rayon DYPŞ-nin HerGun.Az-a verdiyi məlumata görə, rayon ərazisində avtoxuliqanlıq edən “Niva” markalı avtomobil yüksək sürətlə Nəriman Nərimanov heykəlinin yaxınlığında dönmə əməliyyatı edib.

Bu zaman o, idarəetməni itirib və Təbriz Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "Mercedes" markalı avtomobilin dairənin beton piltələrinə çırpılıb.

Qəza zamanı “Mercedes”-də olan sərnişin xəsarət alıb. “Niva”-nın adı hələlik naməlum olan sürücüsü isə hadisə yerindən qaçıb.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli