Fransa Millətlər Liqasının qalibi oldu - VİDEO
01:00 11-10-2021 533
UEFA Millətlər Liqasının 2020/2021 mövsümünün qalibi bəlli olub.
HerGun.Az xəbər verir ki, finalda İspaniya və Fransa milliləri üz-üzə gəliblər.
Matçın taleyini üç qol həll edib.
Əvvəlcə Oyarzabal 64-cü dəqiqədə İspaniyanı önə çıxarıb. Ancaq ispanların qol sevinci cəmi iki dəqiqə çəkib. 66-cı dəqiqədə Karim Benzema möhtəşəm zərbə ilə vurduğu baxımlı qolla “status-kvo”nu bərpa edib.
Mbappenin 80-ci dəqiqədə vurduğu qol isə Fransaya qalibiyyəti və çempionluğu gətirib.
Qeyd edək ki, turnirin üçüncüsü Belçikaya qalib gələn (2:1) İtaliya olub.