Gürcüstan reqbiçiləri Avropa çempionu oldular
05:20 11-10-2021 562
Gürcüstanın gənclərdən ibarət reqbi milli komandası Rusiyanın Kalininqrad şəhərində təşkil edilən Avropa çempionatının qalibi olub.
Finalda gürcü reqbiçilər portuqaliyalı həmyaşıdlarına 27:0 hesabı ilə qalib gəliblər.
Gürcüstan millisinin kapitanı Petre Xutsişvili qələbələrini Batumidə yaşayış binasının çökməsi nəticəsində həlak olan həmvətənlərinə həsr etdiklərini bildirib.
Mənbə: “Sputnik” Gürcüstan