Nyu-Yorkda konqressmenin ofisini dağıtdılar

07:45 16-06-2019 596

ABŞ Konqressinin nümayəndəsi Aleksandriya Okasio-Kortenin (Nyu-York ştatından demokrat) ofisi şənbə günü alt-üst edilib. 

HerGun.Az TASS-a istinadən bildirir ki, ofisə gizli daxil olan naməlum şəxs yanğınsöndürənin köpüyünü ətrafa püskürdüb, daha sonra isə gizlənməyə çalışıb. Hadisə zamanı Okasio-Korte və digər işçilər ofisdə olmayıblar.

İlkin mülahizələrə görə, gənc adam psixi pozğunluqdan əziyyət çəkir. Lakin böyük ehtimalla, ona qarşı ittiham irəli sürüləcək.

Binanın mühafizəsi hadisə barədə polisə məlumat verib. Onlar isə kişini hadisə yerində yaxalayıblar. 

Qeyd edək ki, 29 yaşlı Okasio-Korte ötən il ABŞ-da keçirilən aralıq seçkilərdə respublikaçı Entoni Pappas üzərində qələbə çalmaqla, ölkə tarixində ən gənc konqressmen qadın olub.