Şabranda əlillərin binasında yanğın

12:18 20-08-2019 1861

Şabranda dördmərtəbəli binada yanğın baş verib.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, elektrik qutusundan başlayan yanğın yaşayış binasını qara tüstüyə bürüyüb.

Əraziyə təcili tibbi yardım maşınları cəlb edilib. Xəsarət alanların olub-olmadığı barəsində əlavə məlumat yoxdur. 

Qeyd edək ki, yaşayış binası əlillər üçün tikilib.

Tehran Orucoğlu