Fərid Qayıbov Balabəy Ağayevi təbrik edib - VİDEO

01:40 17-10-2021 457

Gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayevi təbrik edib.

Nazir bu barədə "Facebook" profilindəki paylaşımında bildirib.

Qayıbov 60 kq çəki dərəcəsində çempion olan idmançıya gələcək məşqlərində və uğurlu karyerasında yeni nailiyyətlər arzulayıb.

Nazir Balabəy Ağayevdən eyni nəticəni 2024-cü ildə Paris olimpiadasında da gözlədiklərini vurğulayıb.