ABŞ-da futbol oyunu zamanı atışma baş verib: Yaralananlar var - VİDEO

07:00 17-10-2021 508

Alabamada Ladd-Peebles stadionunda məktəblilərin futbol oyunu zamanı atışma baş verib. Hadisə nəticəsində 4 nəfər yaralanıb. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.

Yaralılar arasında iki azyaşlının olduğu məlumdur.

Hücumçu hələ tapılmayıb.

Baş verənlərlə bağlı araşdırmalara başlanılıb.

Mənbə: CNN