Qapıçı komanda yoldaşını meydançada döydü - VİDEO

06:40 20-10-2021 518

Futbol üzrə Şimali İrlandiya çempionatında “Qlentoran” - “Kolreyn” komandaları arasındakı qarşılaşmada diqqət çəkən hadisə baş verib.  

Belə ki, qoruduğu qapıda qol görən meydan sahiblərinin qolkiperi qəzəbini komanda yoldaşından çıxıb.

Qapıçı müdafiəçinin yaxasından tutaraq onu yerə yıxıb.

Öz növbəsində, hakim qapıçıya etdiyi hərəkətə görə qırmızı vərəqə göstərərək meydandan qovub.

Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Mənbə: “The Guardian”