Ərdoğandan Zəngəzur dəhlizinə dair AÇIQLAMA

15:00 21-10-2021 33

“Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Türkiyə lideri Azərbaycana minaların zərərsizləşdirilməsi istiqamətində də dəstək verməyə davam edəcəklərini vurğulayıb.

“Azərbaycana minaaxtaranlar verdik və verməkdə davam edəcəyik. Onlar da bunu yüksək qiymətləndirdilər”, - deyə R.T.Ərdoğan vurğulayıb.

Mənbə: “HaberGlobal”