Məşhur sovet diktoru vəfat edib - FOTO

15:00 30-10-2021 453

Məşhur sovet və Rusiya teleradio aparıcısı İqor Kirillov vəfat edib.

Əfsanəvi diktor uzunmüddətli xəstəlikdən sonra ömrünün 90-cı ilində dünyasını dəyişib. Qeyd edək ki, cari ilin sentyabr ayında onun vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilmişdi.

İ.Kirillov 1965-80-ci illərdə Moskvanın Qırmızı meydanında keçirilən paradların əvəzsiz aparıcısı olub. Bundan başqa o, 30 il “Vremya” xəbərlər proqramının diktoru işləyib.

Kirillov SSRİ və RSFSR-in Xalq artisti, dövlət mükafatı laureatı (1977) idi.