Dövlət Agentliyinə məxsus bina qəsdən yandırılıb

15:20 30-10-2021 700

Dövlət qurumuna məxsus əmlakı məhv etməkdə şübhəli bilinən şəxs saxlanıb.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində sentyabrın 30-da saat 3 radələrində şəhər ərazisində yerləşən Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın törətməklə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Qaraqaşlı kənd sakini F.Əsgərov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.