Bakıda 27 yaşlı gəncə 10-dan artıq bıçaq zərbəsi vurulub

06:00 01-11-2021 430

Bakıda gənc oğlan çoxsaylı bıçaq zərbələri alıb.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Üçüncü mikrorayon dairəsi yaxınlığında 1994-cü il təvəllüdlü İbrahimov Kamran Qafur oğlu kütləvi dava zamanı bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədəninin müxtəlif nahiyələrində 10-dan artıq kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı araşdırılır.