Faytonçu Nazim: “Mənə dözmək hər qadının işi deyil” - VİDEO

12:40 01-11-2021 513

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı ifaçı Nazim Pişyari olub.

“Faytonçu” ləqəbi ilə tanınan sənətçi efir vasitəsi ilə həyat yoldaşına minnətdarlığını bildirib:

“Müsbət və mənfi cəhətlərim var. Müğənni ilə həyat yoldaşı olmaq çox çətindir. Çünki sənət insanlarının rejimi olmur. Evə gəliş-gediş saatları bəlli olmur. 31 ildir sənətimi sevərək, insanlığıma hörmət edərək mənə dözmək hər qadının işi deyil. Bir çox sənətçilərin ailəsi qısqanclıq zəminində dağılır. Nə yaxşı ki, biz birlikdəyik. Məni anladığına görə həyat yoldaşıma minnətdaram”.