Dünya çempionatı: Daha bir boksçumuz medalı təmin etdi - YENİLƏNİB
Daha iki boksçumuz dünya çempionatında 1/4 final görüşünə çıxıb.
HerGun.Az xəbər verir ki, əvvəlcə 51 kq-da mübarizə aparan Məsud Yusifzadə taylandlı Tanarat Saenqpetlə qarşılaşıb.
Rəqibinə 0:5 hesabı ilə uduzan idmançımız yarışı medalsız başa vurub.
71 kq-da çıxış edən Sərxan Əliyev isə bu raundda ABŞ təmsilçisi Obed Barti-El ilə qüvvəsini sınayıb. 4:1 hesablı qələbə qazanan idmançımız adını yarımfinala yazdırıb.
Əliyev həlledici görüşə vəsiqə uğrunda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları noyabrın 4-də baş tutacaq. Növbəti 2 gündə isə final görüşləri təşkil olunacaq.
19:22
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir.
HerGun.Az xəbər verir ki, bu gün Azərbaycanın iki təmsilçisi 1/4 final görüşünə çıxıb.
Belə ki, əvvəlcə 86 kq çəki dərəcəsində çıxış edən Loren Alfonso Dominges rusiyalı Şaraputdin Atayev ilə qarşılaşıb.
Rəqibinə 4:1 hesabı qalib gələn Dominges yarımfinala vəsiqə qazanıb. Boksçu bununla da ən azı bürünc medalı təmin edib.
Onun növbəti raunddakı rəqibi kubalı Ruis Kordova olacaq.
Ardınca isə +92 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev növbəti döyüşünə çıxıb.
Hindistanlı Narender Berval ilə üz-üzə gələn Abdullayev qələbə qazanaraq yarımfinala yüksəlib və o da Loren Alfonso Dominges kimi ən az bürünc medalı təmin edib.