Onları sakitliyə riayət etməyə dəvət edən binanın sakinini döyərək öldürən gənclərə hökm oxundu - VİDEO

06:40 04-11-2021 480

Rusiyanın Yakutiya Respublikasında gəncləri sakitliyə riayət etməyə və səs-küy salmamağa dəvət edən kişini ölümcül döyən şəxslərə hökm oxunub.

Hadisə ötən il oktyabr ayında baş verib.

Belə ki, binanın sakinləri aşağı mərtəbənin dəhlizində bir neçə gəncin uca səslə danışdıqlarını və blokun qapısını təpiklə zərbələr endirdiyini müşahidə ediblər.

Bina sakinləri gənclərə xəbərdarlıq edəndən sonra tərəflər arasında əlbəyaxa dava başlayıb.

Nəticədə binanın orta yaşlı sakinlərindən biri aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirib.

Lakin həkimlərin müdaxiləsi heç bir nəticə verməyib və kişi vəfat edib.

Hadisə binanın dəhlizində olan kameralar tərəfindən anbaan qeydə alınıb.

Məhkəmə hadisəni törədən gəncləri altı-yeddi il müddətlik həbsə göndərib.

Onlar cəzalarını ciddi rejimli həbsxanada çəkəcək.

Mənbə: Vesti.ru