Başla zərbələr futbolçulara necə təsir edir?

08:00 05-11-2021 468

Con Mur adına Liverpul Universiteti alimləri maraqlı araşdırma aparıblar. Onlar futbolçuların başla zərbələrinin fəsadlarını tədqiq ediblər.

Araşdırmada orta yaşı 68 olan 60 veteran futbolçu iştirak edib.

Tədqiqatın nəticələri “Journal of Neuropsychology” jurnalında dərc olunub.

Alimlər bildiriblər ki, peşəkar futbolçuların neyrodegenerativ xəstəliklərdən ölüm ehtimalı 3.5 dəfə daha yüksəkdir. Top qovucuları idman karyeraları ərzində orta hesabla 50 min dəfə başla zərbə vururlar ki, bu da onlarda koqnitiv funksiyaların pozulmasıyla nəticələnir.

Məhz qeyd olunan funksional pozuntular demensiya (ağılsızlıq) xəstəliyinə gətirib çıxarır.

Mənbə: “The Conversation”