İspaniyada təyyarədən qaçan sərnişinlər hava limanının işini iflic etdi

02:40 07-11-2021 362

İspaniyanın Palma hava limanı (Balear adalarının muxtar icması) uçuş-enmə zolağında sərnişinlərin olması səbəbindən fəaliyyətini üç saatlıq dayandırmaq məcburiyyətində qalıb.

“Air Arabia” aviaşirkətinə məxsus təyyarə Mərakeşin Kasablanka şəhərindən İstanbula uçurmuş.

Təyyarə komandiri sərnişinlərdən birinin xəstələndiyi iddia edildiyi üçün İspaniya hava limanında eniş etmək qərarına gəlib. Enişdən sonra o, xəstəxanaya aparılsa da, həkimlər heç bir problem aşkar etməyiblər. İspaniya polisi qeyri-qanuni miqrasiyaya şərait yaratmaqda və miqrasiya qanunlarını pozmaqda şübhəli bilinən bir şəxsi saxlayıb.

Eyni zamanda eniş etdikdən sonra 10-20 sərnişindən ibarət qrup icazəsiz təyyarəni tərk edib. Polis 5 nəfəri saxlayıb, lakin qaçanların əksəriyyətinin hava limanını tərk edə bildiyi güman edilir. Uçuş zolağında insanların olması səbəbindən hava limanının fəaliyyətinin dayandırılması qərara alınıb.

Xüsusilə, uçuşlarda gecikmələr qeydə alınıb, bəzi təyyarələr digər hava limanlarına eniş üçün göndərilib.

Mənbə: TASS