Reanimasiya şöbəsindəki koronavirus xəstələri yanaraq öldü

06:00 07-11-2021 416

Hindistanın Əhmədnaqar şəhərində yerləşən xəstəxanada faciə baş verib.

Belə ki, xəstəxananın koronavirus xəstələri olan şöbəsində yanğın baş verib.

Reanimasiya şöbəsindəki yanğın zamanı şöbədəki 17 xəstədən 10-u həlak olub. Bir nəfər isə yaralanıb. Yanğına elektrik xətlərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Mənbə: Milliyet