Tramp məşhur aktyorun operatoru öldürməsi barədə: “Bəlkə də bilərəkdən atəş açıb”

07:20 07-11-2021 346

ABŞ-ın keçmiş prezidenti Donald Tramp aktyor Alek Bolduinin fiml çəkilişləri zamanı operator Qalina Xatçinsi qəsdən vurmuş ola biləcəyini söyləyib.

“Sadəcə silahı həmin insana tutmaq və tətiyi çəkmək. Bilirsiniz, bu, dəhşətlidir, ancaq mən düşünürəm ki, silahı o özü doldurub. Kimsə mənim əlimə silah versə, heç vaxt onu insana tuşlayıb atəş açmazdım”, - deyə D.Tramp bildirib.

Xatırladaq ki, “Rust” (Pas) filminin çəkilişləri zamanı Hollivud ulduzu Alek Bolduinin açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb.

Operatorun həyatını xilas etmək mümkün olmayıb. Sousa isə bir neçə saat sonra xəstəxanadan evə buraxılıb.

Mənbə: Gazeta.ru