İşadamı Emil Səməndərov: "Qarabağımızın dirçəldilməsində öz əməyimizi yorulmadan göstərməyə hazırıq"

13:02 07-11-2021 60

“Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi, Ağdam, Kəlbəcər və Laçın öz sahiblərinə qaytarıldı. Noyabrın 8-də cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının – Zəngəzur dəhlizinin inşası təmin ediləcək və bu proses inkişaf və tərəqqimizə öz töhfələrini verəcək, böyük Türk dünyasını birləşdirəcək”.

Bu fikirləri SİA-ya sahibkar Emil Səməndərov bildirib.

“Bəli, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd, yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq”, deyən sahibkar əlavə edib ki, Müzəffər Sərkərdəmiz, cənab Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır və nida!” ifadəsi gerçəkləşdirildi, tarixi şüar olaraq dünyaya səs saldı: “Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Sözüz ki, Vətən müharibəsində qazandığımız qələbə Vətənini, dövlətini sevən hər kəs üçün böyük qürurdur, fəxrdir”.

İşadamı Emil Səməndərovun sözlərinə görə, daha bir fakt budur ki, xalqımızın torpaq həsrətinə son qoyulması reallığı məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm informasiya sahəsində, həm də döyüş meydanında qazanılan zəfərin bariz təcəssümüdür.

O cümlədən, xalqın birliyi, vəhdəti, dövlətimizin gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi: “Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və şanlı ordumuza nəhəng dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini igidliklə, şərəflə icra edərək yağı düşmənə ağır, sarsıdıcı zərbələr endirdi, işğal altındakı torpaqlarımızı murdar tapdaqlardan azad etdi”.

“Cənab Prezidentimiz İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza etdikləri mütəmadi səfərləri, böyük qələbəni xalqla birlikdə qeyd etmələri hər birimizi qürurlandırır”, -  deyən İşadamı Emil Səməndərov bütün dünyanın tarixi ədalətin necə bərpa edildiyini deyib.

Xeyriyyəçi, işadamı bildirib ki, artıq bəşəriyyət Azərbaycan Ordusunun, cənab Ali Baş Komandanın və xalqımızın gücünü görüb:

“Bu gün Prezident İlham Əliyev cənabları ölkəmizi regional gücdən beynəlxalaq gücə çevirib və bu xüsusda Qarabağ Zəfərimiz önəmli rol oynayır. Artıq bundan sonra işğaldan azad edilmiş bölgələrimizdə Dövlət Başçımızın da vurğuladığı kimi cənnət məkanları yaradılacaq, bu işdə yerli sahibkarlarımız da iştirak edəcəklər. Bizlər daim Vətənimizin, Qarabağımızın dirçəldilməsində öz əməyimizi yorulmadan, usanmadan göstərməyə hazırıq, çünki dövlətimizə xidmət etmək bizim birlavasitə vətəndaşlıq məsuliyyətimiz və vətəndaşlıq borcumuzdur”.