Yaponiyada son sutkada COVID ölümü qeydə alınmayıb

05:00 08-11-2021 334

Yaponiyada ölkənin bütün vilayətlərinə dair gündəlik COVID statistikası açıqlanıb.

Məlum olub ki, son 24 saatda heç bir bölgədə koronavirusdan ölüm halı qeydə alınmayıb.

Bildirilib ki, sonuncu dəfə “ölümsüz sutka” avqustda yaşanıb.

Qeyd olunub ki, pandemiyanın başlanğıcından bəri Yaponiyada 18 309 nəfər koronavirusdan vəfat edib.

Mənbə: TASS