Avstraliyalı xanım peyvənd olunduğu üçün milyon dollar qazandı
08:40 08-11-2021 345
Avstraliyada vaksinasiya olunanlar arasında lotereyanın qalibi məlum olub.
Üç milyon nəfər arasında 25 yaşlı Coan Çjunun bəxti gətirib.
Gənc qadın bir milyon Avstraliya dolları (təxminən 1 milyon 257 min manat) məbləğində mükafat udub.
O, bu vəsaitin bir hissəsini ailəsi ilə qovuşmağa sərf edəcəyini bildirib.
Mənbə: “Sky News”