Hindistanda daşqınlar həyatı iflic edib - VİDEO

03:20 09-11-2021 363

Hindistanın cənubundakı Tamilnad ştatında 50 mindən çox insan güclü leysan və daşqınlardan zərər çəkib.

Mənbə yazır ki, ən çox zərər Tamilnadın 12 rayonuna, o cümlədən ştatın paytaxtı Çennaiyə dəyib.

Təbii fəlakətdən zərər çəkmiş yüzlərlə sakin təhlükəli ərazilərdən təxliyə edilib.

Ştatın ərazisində nəqliyyatın hərəkəti iflic olub, bir sıra rayonlarda elektrik enerjisinin verilişi kəsilib.

Mənbə: “Prasarbharati”