Avstriyada peyvənd olunmayanlara qarşı məhdudiyyətlər qüvvəyə mindi

03:40 09-11-2021 344

Bazar ertəsindən etibarən Avstriya hakimiyyəti COVID-19-a qarşı peyvənd olunmamış şəxslərin restoranlara, gözəllik və masaj salonlarına, fitnes mərkəzlərinə, idman klublarına, otellərə, kinoteatrlara və teatrlara qəbulunu məhdudlaşdırıb. İndi yalnız Avstriyanın “iki G” qaydasına uyğun olaraq, peyvənd olunmuş və ya koronavirus infeksiyasından sağalmış sertifikat sahibləri belə dövlət qurumlarına baş çəkə bilər. Üstəlik, tam immunizasiyadan doqquz ay, sağalma anından isə altı aydan çox keçməməlidir.

Qayda pozanları 500 avroya (983 manat) qədər cərimə gözləyir.

Yeni qaydadan istisnalar ancaq tibbi səbəblərə görə peyvənd edilməsi əks göstəriş olan insanlar, həmçinin 15 yaşınadək məktəblilər üçün edilir. 15 yaşdan kiçik uşaqlara kafe və ya kinoteatra getmək üçün PCR testinin cavabı hələlik kifayətdir.