Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı
01:00 10-11-2021 342
Rusiyada koronavirusdan son sutkada 1 211 nəfər həyatını itirib. Bu, ölüm sayında növbəti antirekorddur. Bir gün əvvəl koronavirus səbəbi ilə ölkədə 1 190 nəfər ölüb.
Şərti ölüm nisbəti (son göstərici yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər) 2,81 % səviyyəsində qalıb.
Qeyd edək ki, Rusiyada koronavirusdan sutkalıq yoluxma 39 160 nəfər təşkil edib ki, bu da son yeddi gün ərzində minimum göstəricidir.
Mənbə: TASS