Vaxtanq Kikabidze: “Ukraynalı artistlər Rusiyada çıxış etməməlidir”

10:00 13-11-2021 43

Gürcü artist Vaxtanq Kikabidze hesab edir ki, ukraynalı artistlər Rusiyada çıxış etməməlidir. Onun sözlərinə görə, özü də 2008-ci ilin avqustunda Cənubi Osetiyadakı müharibədən, həmçinin Moskvanın bu respublikanın və Abxaziyanın müstəqilliyini tanımasından sonra Rusiyada çıxış etməkdən imtina edib.

Bundan başqa Kikabidze Rusiya prezidentinin təltif etdiyi “Xalqlar Dostluğu” ordenindən də imtina edib. Artist Rusiya xalqına hörmət etdiyini, lakin mükafatları qəbul edə və konsert verə bilməyəcəyini deyib. Gürcü sənətçi həmin vaxtdan bəri RF-ya getməyib.

Cümə günü “Savik Şusterin Söz Azadlığı” verilişinin efirində Kikabidzeyə ukraynalı sənətçilərin Rusiyaya getməsi ilə bağlı sual verilib.

“Düşünürəm ki, getməməlidirlər. Amma onlar həm də öz hökumətlərindən iş tələb etməlidirlər”, - deyə cavab verib.

Artist əlavə edib ki, nəinki özü Rusiyaya getmir, həmçinin ora gedənlərlə ünsiyyətini kəsir.

Mənbə: RİA Novosti