Ermənistan KİV: 10 erməni hərbçi ölüb, 6-sı yaralanıb
16:00 16-11-2021 375

Ermənistan və Azərbaycan tərəfləri arasında atışma nəticəsində Ermənistan tərəfi itki verib.
Bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Qeyd edilir ki, Ermənistan tərəfindən 10 nəfər ölüb, 6 nəfər yaralanıb.
Eyni zamanda, vurğulanır ki, 6 erməni hərbçi əsir düşüb, Ermənistan tərəfi 2 döyüş mövqeyini itirib.