Bakıda konsert proqramı şəhidlərə görə təxirə salındı
12:00 18-11-2021 394
Bu gün Heydər Əliyev Sarayında keçiriləcək “Jazz mix” konsert proqramı şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq təxirə salınıb.
Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, konsert proqramı dekabrın 16-na keçirilib.
A.Bağırlı bildirib ki, alınan bütün biletlər etibarlıdır.