Amerika Kuboku: Braziliya rəqibini darmadağın etdi

01:54 23-06-2019 795

Amerika Kubokunun qrup mərhələsinin üçüncü turunda Braziliya millisi Peru komandasını darmadağın edib.

«Sovetski sport» xəbər verir ki, azarkeşlər oyunda 5 cavabsız qolun şahidi olub.

Braziliyanın heyətində Kazemiro (12), Firmino (19), Everton (32), Dani Alves (54) və Villian (90) fərqlənib.

Bu qələbə sayəsində Braziliya millisi qrupda yeddi xal toplayaraq pley-off mərhələsinə birinci yerdən yüksəlib. Peru millisi isə 4 xalla üçüncü yerə düşsə də, pley-off şansını itirməyib.