“Çelsi”nin ulduzları “Barsa”nın hədəfində

16:00 24-11-2021 28

“Çelsi”nin iki futbolçusu Hakim Ziyeş və Timo Verner “Barselona”ya keçə bilər.

“Barsa”nın transferdə prioriteti isə başqa futbolçu olub. Belə ki, klub “Mançester Siti”dən Rahim Sterlinqi heyətinə cəlb etmək istəyib. Lakin istənilən məbləğ və “Mançester Siti”nin futbolçunu buraxmaq niyyətində olmaması razılıq əldə etməyə imkan verməyib.

Bundan sonra “Barsa” məhz “Çelsi”nin futbolçularına yönəlib. İlk növbədə İspaniya nəhəngi hər iki futbolçunun icarəyə götürülməsi ilə maraqlanır.

Mənbə: ESPN