Vyana müzakirələrinin İran valyutasına kəskin təsiri - FOTO

13:00 05-12-2021 412

Vyanada İran və atom anlaşmasının digər üzvləri arasında sözügedən anlaşma ilə bağlı danışıqların Amerika hökuməti tərəfindən nəticəsiz olduğu bəyan edilməsindən sonra İranda dollar yenidən bahalaşıb.

“Azad İran” Telegram kanalı xəbər verir ki, dekabrın 4-də Tehran bazarında bir Amerika dolları 30 min 80 tümənə dəyişilib. Bu isə dekabr ayının 2-si ilə müqayisədə 600 tümənlik artım deməkdir.