Səbaildə gənci avtomobil vurub

17:00 05-12-2021 380

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Məlikov Azər Rasim oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.