Bakıda dörd avtomobil zəncirvari qəzaya uğrayıb – FOTO

00:00 07-12-2021 406

Bakının Səbail rayonunda yol-nəqliyyatı hadisəsi zamanı sərnişin xəsarət alıb.

APA xəbər verir ki, hadisə Üzeyir Hacıbəyov küçəsində baş verib.

“Opel” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib, bu zaman eyni istiqamətdə hərəkətdə olan “BMW”, “Hyundai” və “Mercedes” markalı avtomobillər ardıcıllıqla bir birinə çırpılıb.

Qəza nəticəsində “Hyundai”da olan sərnişin xəsarət alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.