Göygöldə polisi maşın vurub

01:00 09-12-2021 398

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 1999-cu il təvəllüdlü V.Musayevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

V.Musayevin Göygöl Rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilib. Onu vuran avtomobil hadisə yerindən yayınıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.