ÇL: “Villareal” pley-offda, “Atalanta” isə Avroliqada oynayacaq – VİDEO
00:00 10-12-2021 436
Çemionlar Liqasının F qrupunda əlverişsiz hava şəraiti səbəbəndən təxirə salınmış “Atalanta” (İtaliya)-“Villareal” (İspaniya) matçı nəhayət ki, baş tutub.
Turnirin pley-off mərhələsinə son vəsiqənin teliyini həll edən qarşılaşmada sevinən tərəf qonaqlar olub. LaLiqa təmsilçisi ev sahibi komandanı 3:2 hesabıyla məğlub edib.
Bu nəticədən sonra italyanların mübarizəni Avropa Liqasında davam etdirəcəyi dəqiqləşib.
Qeyd edək ki, F qrupunun lideri 11 xala sahib “Mançester Yunayted” olub.
UEFA Çempionlar Liqası
VI TUR
“Atalanta”-“Villareal” 2:3