Xətaidə 25 yaşlı gənc oğlan dəm qazından zəhərlənib

02:00 10-12-2021 414

Bakıda zəhərlənmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

1996-cı il təvəllüdlü Alcanov Bayram Azər oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. Xəsarət alan gənc təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.