Lənkəranda ahıl kişi çayda boğulub

01:00 11-12-2021 371

Lənkəran sakini çaya yıxılaraq boğulub.

“Report” xəbər verir ki, hadisə Vilvan kəndində baş verib.

Təxminən 60 yaşlarında olan kənd sakini Qurbanəli Cəfərovun meyiti çayda aşkarlanıb. İlkin məlumata görə, Q.Cəfərov velosipedlə hərəkət edən zaman müvazinətini itirərək çaya yıxılıb və orada boğulub.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.