Kaliforniyada “Omikron”a görə yenidən maska taxmaq məcburi oldu
ABŞ-ın Kaliforniya ştatında yeni növ koronavirusa yoluxma hallarının artması ilə əlaqədar qapalı ərazilərdə maska taxmaq məcburiyyəti yenidən tətbiq olunmağa başlayıb.
Ştat hökuməti yeni tənzimləmənin dekabrın 15-dən qüvvəyə minəcəyini açıqlayıb.
Qapalı yerlərdə maska taxmaqla yanaşı, tibb işçilərinin, ictimai işçilərin, müəllimlərin və tələbələrin də peyvənd edilməsi tələb olunub.
ABŞ-da Vaşinqton, Oreqon, İllinoys, Nyu-Meksiko, Nevada və Havay ştatlarında qapalı yerlərdə maska taxmaq məcburidir.
İyunun 15-də peyvənd olunmuş insanlar üçün dövlət miqyasında maska tələbi qaldırılıb. Bununla belə, bütün ölkə ərazisində virusun “Omikron” ştammı aşkar edildikdən və yoluxmaların sayı artdıqdan sonra ştatda yerli hökumətlər tədricən maska tələbini tətbiq etməyə başlayıblar.
Təxminən 2 həftədir yoluxma sayının artdığı Kaliforniyada indiyədək 4 886 509 yoluxma hadisə qeydə alınıb, 74 685 nəfər isə virusa görə həyatını itirib.
Mənbə: Anadolu agentliyi