Koronavirusa görə bağlanan iki məktəbdə əyani dərslər bərpa olundu

10:00 16-12-2021 378

Paytaxtdakı 35 və 294 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib. 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. 

Bildirilib ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.