Trampı dəstəkləyən gözəlin tacını əlindən aldılar

01:36 23-08-2019 713

Gözəllik müsabiqəsinin qalibi olan model Keti Uilyamsın "Miss Nevada" titulunu əlindən alıblar. 

Rus mətbuatının yazdığına görə, səbəb onun sosial şəbəkələrdə sağ yönümlü paylaşımlar etməsidir. 

Qızı "Miss Amerika" müsabiqəsindən uzaqlaşdırıblar. 

Müsabiqə bitdikdən sonra 29 yaşlı gözəl Nevada ştatının qalibinə aid rəsmi səhifədə bir neçə siyasi məzmunlu paylaşım edib. Qız Trampla həmrəylik nümayiş etdirib, antifaşist hərəkatını terrorizm adlandırıb və feministləri tənqid edib. Nəticədə o, titulu ilə vidalaşmalı olub.

Model özü təşkilatçıların qərarını belə şərh edib:  "Anlamıram, insanı mühafizəkar fikirlərinə görə necə senzuraya məruz qoymaq olar. Liberal olsam, heç bir problem çıxmayacaqdı". 

Təşkilatçıların fikrincə, iştirakçılar siyasətə qarışmamalıdırlar, Uilyams isə fikirlərini özünün şəxsi səhifəsində ifadə edə bilər.