Balıq əvəzinə “Apple” məhsulları ilə dolu qutuları “ovladılar” - FOTO

08:00 17-12-2021 368

İndoneziyadan olan balıqçılar içərisində “Apple” şirkətinin məhsulları olan bir neçə qutu “ovlayıblar”.

KİV-in məlumatına görə, qayığa minərək İndoneziyanın Belitunq adasından üzən bir neçə balıqçının bəxti gətirib.

Kişilər daha böyük ova ümid ediblər, ona görə də ərazidə ən böyük dərinliyin olduğu yerə doğru gediblər. Lakin yolun yarısında dalğalar arasında bir neçə yeşik görüblər.

Balıqçılar yaxınlaşaraq, qutuları göyərtəyə qaldırıblar. Onları açanda isə gözlərinə inanmayıblar: qutunun içərisində “Apple” istehsalı olan smartfonlar, planşetlər və noutbuklar kolleksiyası olub.

Bütün bu avadanlığı kimin itirdiyi barədə məlumat verilmir, lakin balıqçılar belə bir ovdan məmnun qalıblar - onlar yəqin ki, qadcetləri balıqdan baha qiymətə sata biləcəklər.

Mənbə: Gazeta.ru