Balakəndə koronavirus xəstəsi iş yerində aşkarlanıb - FOTO

01:00 18-12-2021 380

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, rayon sakini Araz Əhmədov COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb olunmasına baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən işlədiyi yerdə aşkarlanıb. Həmin şəxslə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb.

A.Əhmədov barəsində Rayon Polis Şöbəsində araşdırma aparılır.