Ələtdəki ağır qəzada xəsarət alanların son durumu AÇIQLANDI

10:00 18-12-2021 368

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşınının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən xəstələrdən birinin vəziyyəti ağırdır.

Bu barədə HerGun.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, 2010-cu il təvəllüdlü Ə.Əlillinin vəziyyəti kritikdir:

“Həkim müayinəsi zamanı ona kəllə-beyin travması və beyin əzilməsi diaqnozu qoyulub. Paralel olaraq ağciyərlərində də əzilmələr müşahidə edilir. Reanimasiyada olan digər iki nəfərin də vəziyyəti də orta-ağır olaraq qalır. Hazırda 3 nəfər reanimasiya şöbəsində, 3 nəfər isə stasionar şöbədə müalicəsini davam etdirir”.

Qeyd edək ki, dünən axşam saatlarında baş verən qəza nəticəsində 9 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.