Eldar Əzizovdan YENİ TƏYİNATLAR - FOTO

11:00 18-12-2021 373

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Kommunal Xidmətlər Müəssisəsinə yeni direktor təyin edib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu vəzifəyə Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi Ramsin Abdullayev təyin olunub.

İcra başçısının digər əmri ilə, Səbail bələdiyyəsinin sabiq sədri Firdovsi İbadulla oğlu Cəbrayılov Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi təyin edilib.