“Atalanta”nın 10 oyunluq məğlubiyyətsizlik seriyasına “Roma” darmadağınla son qoydu - VİDEO

21:00 18-12-2021 752

İtaliya A seriyasında XVIII tur davam edir.

HerGun.Az xəbər verir ki, turun maraqlı görüşlərindən biri Berqamoda keçirilib.

“Atalanta” öz meydanında “Roma”nı qəbul edib.

A seriyasında 10 oyundur ki, məğlub olmayan Canpiero Qasperinin komandası bu seriyasına doğma azarkeşlər önündə, həm də darmadağınla son qoyub.

Joze Mourinyonun “Roma”sı 4:1 hesablı qələbə ilə ardıcıl ikinci qələbəsini qazanıb.

Matçın qollarını təqdim edirik: