Ağ örpəyə bürünmüş Xudavəng monastırı məşhur fotoqrafın obyektivində - FOTO

23:00 25-12-2021 408

Məşhur fotoqraf Reza Deqati özünün sosial şəbəkə səhifəsində Kəlbəcərin Xudavəng monastır kompleksindən çəkdiyi fotoları paylaşıb.

Məşhur fotoqraf qeyd edib ki, Xudavəng monastırı XIII əsrdə Qarabağın Kəlbəcər şəhərində Alban knyazı Vaxtanqın həyat yoldaşı Arzu xatun tərəfindən tikilib.

O qeyd edib ki, Sovet ittifaqı dövründə və Kəlbəcərin 1993-2020-ci illərdə işğalı zamanı memarlıq quruluşuna bir çox erməni elementləri əlavə edilib, bəzi qədim alban işarələri silinib.