Qubada baş vermiş dəhşətli qəzanın görüntüləri yayımlanıb - VİDEO

00:00 26-12-2021 450

Quba rayonu, Qonaqkənd qəsəbəsi ərazisində baş vermiş qəzanın görüntüləri yayılıb.

Qeyd edək ki, hadisə “Ford” markalı yük avtomobilinin iştirakı ilə baş vermişdi. Yük maşını yol kənarına aşmışdı.

Məlumat Fövqəladə Hallar Nazirliyi tərəfindən də təsdiqlənib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.