Hibrid avtomobillərin idxalı və satışı vergidən azad edilib
01:00 01-01-2022 435
Bu gündən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı vergidən azad edilib.
Bu, Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Belə ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilib.