Sahildə yolu keçən qadını maşın vurdu

00:36 24-08-2019 422

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qəza Sahil qəsəbəsində qeydə alınıb.

"Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən piyada, 1955-ci il təvəllüdlü Babayeva Əminə Baloğlan qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu